...

Güclü külək Azərbaycanın Aran rayonlarında ciddi fəsadlar yaradıb

Hadisə Materials 4 Dekabr 2013 13:53 (UTC +04:00)
Trend EL TV-yə istinadən xəbər verir ki, əsasən şəhərin elektrik enerjisi təsərrüfatına ziyan dəyib.
Güclü külək Azərbaycanın Aran rayonlarında ciddi fəsadlar yaradıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Ötən gecə əsən güclü külək Yevlax şəhərində ciddi fəsadlara yol açıb.

Trend EL TV-yə istinadən xəbər verir ki, əsasən şəhərin elektrik
enerjisi təsərrüfatına ziyan dəyib. 27 işıq dirəyinin aşması nəticəsində gecə saatlarında şəhərin böyük bir hissəsi işıqsız qalıb.

Güclü külək nəticəsində ağaclar qırılıb, bir sıra fərdi yaşayış evlərinin və digər tikililərin dam örtükləri dağılıb.

Güclü külək nəticəsində Göyçay, Ucar, Zərdab və Ağdaşa da ziyan dəyib.

Bu rayonların bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb. Külək ağacları, elektrik, rabitə və gecə işıqlandırma dirəklərini aşırıb, naqillər qırılaraq sıradan çıxıb.

Qeyd olunan yaşayış məntəqələrində elektrik və rabitə xidmətinin fəaliyyəti iflic olub, internet kəsilib.

Bir neçə yerdə irigövdəli ağaclar tövlələrin, yardımçı tikililərin, sahibkarlıq obyektlərinin üzərinə düşüb. Külək bəzi evlərin və yardımçı tikililərin dam örtüyünü qoparıb.

Güclü külək Bərdə və Tərtər rayonlarında da ciddi fəsadlar törədib. Rayon mərkəzi və ətraf yaşayış məntəqələrində çoxillik ağaclar kökündən qoparaq aşıb. Elektrik və kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Bəzi binaların dam örtükləri tamamilə dağılıb.

Bütün rayonlarda küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti