...

Bakıda bir gündə 5 nəfər dəm qazından zəhərlənərək ölüb

Hadisə Materials 5 Dekabr 2013 12:19 (UTC +04:00)
Dekabrın 4-də Bakıda 5 nəfər dəm qazından zəhərlənərək ölüblər.
Bakıda bir gündə 5 nəfər dəm qazından zəhərlənərək ölüb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İzzət/

Dekabrın 4-də Bakıda 5 nəfər dəm qazından zəhərlənərək ölüblər.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 4-də Binəqədi rayonu ərazisində yaşayan Kamran Ələddinov, Xətai rayonunda yaşayan Sadiq Məhərrəmovun evində qızı Şahnaz və onun əri Tural Verdiyev, Novxanı bağlar yaşayış sahəsində yaşayan Musa Məmmədov və arvadı Palmira mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti