...

Şəkidə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Hadisə Materials 17 Dekabr 2013 19:25 (UTC +04:00)
Şəkidə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Şəkidə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxs tutulub

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

Şəkidə narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər.

Keçirilmiş tədbir nəticəsində Şəkinin M.Ə.Rəsulzadə prospekti, bina 147, mənzil 14 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Taleh Adışirin oğlu Osmanov saxlanılıb. Əməliyyat tədbirləri zamanı saxlanılan şəxsin evinə baxış keçirilərkən onun evindən 89.91 qram qurudulmuş marixuana, 64.46 qram tiryək və 14.861 qram heroin aşakr edilib.

Saxlanılan şəxs isə dindirilmə zamanı narkotik vasitələri tapdığını bildirib.

İlkin araşdırma zamanı T.Osmanovun narkotik vasitələrinin satışı ilə məşğul olması aşkar edilib.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti