...

Xudatda kirayənişin ev sahibini bıçaqladı

Hadisə Materials 3 Fevral 2014 09:23 (UTC +04:00)
Xaçmaz rayon Xudat şəhərində bıçaqlanma faktı baş verib.
Xudatda kirayənişin ev sahibini bıçaqladı

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Xaçmaz rayon Xudat şəhərində bıçaqlanma faktı baş verib.

Trend-in Regional TV-yə istinadən verdiyi məlumata görə, hadisə Xudat şəhər Rəşid Behbudov küçəsi, ev 2 ünvanında qeydə alınlıb. Belə ki, Xudat şəhər sakini 1970-ci il təvəllüdlü Mudaliyev Rafiq Qasım oğlu bıçaqlanıb. Evin sahibinə həmin evdə kirayənişin qalan Yarəhməd adlı şəxs tərəfindən bıçaq xəsarəti yetirilib.

O, Xaçmaz Mərkəzi rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan yaralıya döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xaçmaz RPŞ-da araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti