...

Rusiyada axtarışda olan iki azərbaycanlı tutulub

Hadisə Materials 4 Fevral 2014 13:03 (UTC +04:00)
Rusiyada barəsində axtarış élan edilmiş iki şəxs Azərbaycanda tutulub.
Rusiyada axtarışda olan iki azərbaycanlı tutulub

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Rusiyada barəsində axtarış élan edilmiş iki şəxs Azərbaycanda tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Ələkbər Osmanov, 162 və 126-cı maddələri (quldurluq və adam oğurluğu) ilə axtarışda olan Kamran Qafarov tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti