...

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 5 Fevral 2014 19:46 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün saat 18 radələrində Bakı-Qazax magistralının 399-cu km-də Şəmkir rayon, Muxtariyyə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş veib.
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün saat 18 radələrində Bakı-Qazax magistralının 399-cu km-də Şəmkir rayon, Muxtariyyə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş veib.

Şəmkir sakini 37 yaşlı Şahin Rüstəmov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Muxtariyyə kənd sakini 57 yaşlı Eyvaz Vəliyevi vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti