...

Suriyada 10 min uşaq münaqişənin qurbanı olub

Hadisə Materials 5 Fevral 2014 22:18 (UTC +04:00)
Təqribən 3 il ərzində 10 mindən çox uşaq Suriyada münaqişənin qurbanı olub. Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının regiondakı vəziyyətə dair yeni məruzəsində deyilir.
Suriyada 10 min uşaq münaqişənin qurbanı olub

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Təqribən 3 il ərzində 10 mindən çox uşaq Suriyada münaqişənin qurbanı olub. Trend-in BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının regiondakı vəziyyətə dair yeni məruzəsində deyilir.

4 milyondan çox suriyalı uşaq isə öz evlərini tərk etməyə məcbur olub.

BMT qeyd edir ki, uşaqların böyük əksəriyyəti qiyamçıların və hökumət qüvvələrinin ağır silahlardan atəş açması nəticəsində həlak olub.

Məruzədə uşaqların zorlanması, yetkinlik yaşına çatmamış suriyalılara işgəncə verilməsi faktları da yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti