...

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb

Hadisə Materials 6 Fevral 2014 08:55 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik talvar 35 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik talvar 35 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qazax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan sexin yanar konstruksiyaları yanıb. Sexə bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin tavanı 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub Yanğın saat 06:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti