...

Qazaxıstandan olan yalançı sahibkar Azərbaycanda saxlanılıb

Hadisə Materials 7 Fevral 2014 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Qazaxıstanın Maliyyə Polisinin sorğusu əsasında 2,5 milyard tengeni ödəməyən yalançı sahibkar Azərbaycanda saxlanılıb. Trend-in məlumatına görə, bu barədə "Tengrinews.kz" agentliyi Maliyyə Polisinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Məlumatda deyilir: "Madi Rəhimov 2014-cü il fevralın 7-də səhər "Bakı-Astana" reysi ilə Maliyyə Polisi və Qazaxıstan Baş Prokurorluğunun əməkdaşlarının müşayiəti ilə Qazaxıstana gətirilib".

Qeyd olunur ki, onun barəsində Maliyyə Polisinin Aktyubinsk vilayəti üzrə departamenti tərəfindən dövlətlərarası axtarış elan edilmişdi.

MP izah edir ki, saxlanan şəxs üç nəfərlə ilkin sözləşmə üzrə 2010-cu ilin martından 2012-ci il 4 fevral tarixinədək saxta müəssisələr yaradaraq ticarət təşkilatlarına vergi ödənişindən boyun qaçırmaqda kömək göstərib. Nəticədə dövlətə ödənilməmiş vergi şəklində 2,5 milyard tenge zərər dəyib: "M.Rəhimov 2013-cü il noyabrın 5-də Azərbaycan Respublikasının Qazax rayonunun ərazisində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən MP-nin sorğusu əsasında saxlanılıb. O, Astana DİD-nin təcridxanasına yerləşdirilib, yaxın vaxtlarda Aktobeyə köçürüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti