...

Şəkidə yol qəzası baş verib, xəsarət alan var

Hadisə Materials 7 Fevral 2014 22:47 (UTC +04:00)
Bu gün saat 21:00 radələrində Şəki giriş-çıxış yolunun Kosalı kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Şəkidə yol qəzası baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 7 fevral /Trend /

Bu gün saat 21:00 radələrində Şəki giriş-çıxış yolunun Kosalı kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Həsənov Vəfadarın idarə etdiyi VAZ 2107 markalı avtomobil dördyol istiqamətində hərəkətdə olarkən, yolun kənarındakı dərəyə aşıb.

Sürücünün sözlərinə görə, qəzaya digər bir avtomobilin onu vurması səbəb olub. Həmin avtomobil hadisə yerindən qaçıb.

Hadisə zamanı avtomobildə olan 4 nəfərdən 2-si xəsarət alıb. Onlar Salmanova Gülgəz Habil qızı və Həsənova Nərmin Ağaəli qızıdır. Yaralılar Şəki Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti