...

Ağcabədidə evdə partlayış olub, ev sahibi xəsarət alıb

Hadisə Materials 11 Fevral 2014 13:13 (UTC +04:00)
Ağcabədi rayonu Xocavənd kənd sakini Novruz Kərimovun həyətindəki hamamda təbii qazın sızmasından partlayış baş verib.
Ağcabədidə evdə partlayış olub, ev sahibi xəsarət alıb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Ağcabədi rayonu Xocavənd kənd sakini Novruz Kərimovun həyətindəki hamamda təbii qazın sızmasından partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 10-da saat 11:00 radələrində Ağcabədi rayonu Xocavənd kənd sakini Novruz Kərimovun həyətindəki hamamda təbii qazın sızmasından partlayış baş verib.

Hamamın divarının bir hissəsi uçub, yanıq xəsarəti almış N.Kərimov xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti