...

Bakıda intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 12 Fevral 2014 20:59 (UTC +04:00)
Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindən atmaq niyyətindədir.
Bakıda intihara cəhdin qarşısı alınıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Bakıda intihara cəhdin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər kişinin intihara cəhd etməsi barədə nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindən atmaq niyyətindədir.

Xilasedicilər hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

Xilasedicilər intihara cəhd edən şəxsi aidiyyəti üzrə təhvil veriblər. Xilasetmə əməliyyatı saat 19:17-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti