...

İstanbulda hakim partiyanın binası qarşısında silahlı insident baş verib

Hadisə Materials 13 Fevral 2014 11:46 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində Beylikdüzü bələdiyyəsində hakim Ədalət və İnkişaf Partiyasının qarşısında silahlı insident baş verib.
İstanbulda hakim partiyanın binası qarşısında silahlı insident baş verib

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Türkiyənin İstanbul şəhərində Beylikdüzü bələdiyyəsində hakim Ədalət və İnkişaf Partiyasının qarşısında silahlı insident baş verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.

Məlumata əsasən, silahlı insident nəticəsində 30 martda keçiriləcək bələdiyyə seçkilərinə namizədliyi təqdim ediləcək Coşkun Demirkol öldürülüb.

Hakim partiyadan verilən açıqlamada qətlə yetirilən şəxsin siyasi motivlərdən deyil, şəxsi zəmində qətlə yetirildi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti