...

Pirallahıda keçmiş məhkumdan silah götürülüb

Hadisə Materials 14 Fevral 2014 10:32 (UTC +04:00)
Pirallahı adasında keçmiş məhkumdan tapança aşkar olunaraq götürülüb.
Pirallahıda keçmiş məhkumdan silah götürülüb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir İ.İzzət/

Pirallahı adasında keçmiş məhkumdan tapança aşkar olunaraq götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Murad Hüseynovdan barabanında 1 ədəd patron olan "Naqan" tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edək ki, M.Hüseynov artıq əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti