...

Ötən il evləri qarət edən şəxs yaxalanıb

Hadisə Materials 15 Fevral 2014 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Ötən ilin sonlarında bir neçə evi qarət edən şəxs yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, ötən il oktyabrın 2-də 1 May küçəsində yaşayan Saleh Məmmədovun evindən 7 min manat və qızıl boyunbağı, oktyabrın 12-də isə Biləcəri qəsəbəsində yaşayan Nəzakət Zeynalovanın evindən kompyuter oğurlanb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şərur rayon sakini Əvəz Məmmədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti