...

Türkiyədə 4,6 bal gücündə zəlzələ olub

Hadisə Materials 19 Fevral 2014 06:41 (UTC +04:00)
Türkiyənin Van vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.
Türkiyədə 4,6 bal gücündə zəlzələ olub

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Türkiyənin Van vilayətində 4,6 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən xəbər verir.

Boğaziçi Universiteti yanında Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun məlumatına əsasən, yerli vaxtla saat 23:51-də, yerin 5 kilometr dərinliyində qeydə alınan zəlzələnin episentri Akçift kəndində olub.

İlkin məlumatlara görə, insan tələfatı və dağıntı olmayıb. Yeraltı təkanlar qısamüddətli təşvişə səbəb olub.

Xəbər lenti

Xəbər lenti