...

Bərdədə ev yanıb, xəsarət alanlar var

Hadisə Materials 22 Fevral 2014 02:15 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 120 kv.m sahədə və bir otağının tavanı 6 kv.m sahədə yanıb, yüksək temperaturdan həyətyanı sahədə dayanmış "Moskviç" markalı minik avtomobilinin şüşələri qırılıb.
Bərdədə ev yanıb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Bərdədə ikimərtəbəli evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 3 otaqlı evin çardağının yanar konstruksiyaları 120 kv.m sahədə və bir otağının tavanı 6 kv.m sahədə yanıb, yüksək temperaturdan həyətyanı sahədə dayanmış "Moskviç" markalı minik avtomobilinin şüşələri qırılıb.

Yanğın zamanı evdə iki nəfər üz nayihələrindən yüngül yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti