...

Xanımın məhkum ərinə əl-üz məhrəbasının kənarlarına tikərək narkotik ötürməsi cəhdinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 22 Fevral 2014 13:51 (UTC +04:00)
Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.
Xanımın məhkum ərinə əl-üz məhrəbasının kənarlarına tikərək narkotik ötürməsi cəhdinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkar edilərək götürülüb.

Trend Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2: 52 və 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Vaxtanq Lazareviç Bukukişviliyə Elnarə Hikmət qızı Hüseynova tərəfindən göndərilmiş banderola baxış keçirilən zaman, "Tefal" markalı elektrik su qızdırıcısının alt hissəsində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd "Samsung" markalı mobil telefon aparatı və elektrik qidalandırıcısının bir hissəsi aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında olan Laçın Kərim oğlu Cəfərovun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Nərminə İlyas qızı Cəfərovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman sovqatın içindəki əl-üz məhrəbasının kənarlarına tikilərək gizlədilmiş 38 ədəd həb aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3; 234.4.3 və 66.3 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Zaman İman oğlu Həsənovun üzərinə baxış keçirilən zaman, əynindəki gödəkçənin cibindən daxilində "Sim" danışıq kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Hər üç fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti