...

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb

Hadisə Materials 24 Fevral 2014 08:10 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bu gecə bir neçə yanğın hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tərtər rayonu, Hacıqərvənd kəndində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Balakən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan talvarın yanar konstruksiyaları 35 kv.m və altında tikilmiş ümumi sahəsi 25 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti