Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/
Bakıda quldurluqda şübhəli bilinən şəxs yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, fevralın 22-də Zığ qəsəbəsi R.Göyüşov küçəsində yerləşən hoteldə naməlum şəxslər Bakı şəhər sakini İlqar Əbilovu bıçaq və ülgüclə hədələyərək ondan 5547 manat və 3405 ABŞ dollar alıblar.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Famil Camalov tutulub.
Digər şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakıda quldurluqda şübhəli bilinən şəxs yaxalanıb
Digər şəxslərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.