...

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Hadisə Materials 26 Fevral 2014 22:40 (UTC +04:00)
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala rayon sakini saxlanılıb.
Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zaqatala rayon sakini saxlanılıb.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Zaqatala RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti axtarış əməliyyat tədbiri keçiriblər. Keçirilmiş tədbir nəticəsində 1982-ci il təvəllüdlü, rayonun Lahıc kənd sakini Ramin Nuru oğlu Abdurəhmanov Zaqatala şəhəri, Ə.Mahmudov küçəsində şübhəli şəxs qismində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilərkən əlindəki tünd göy rəngli polietilen torbanın içərisində 480 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Fakla bağlı Zaqatala RPŞ-nin təhqiqat bölməsində araşırma aparılır.

Xəbər lenti

Xəbər lenti