...

FHN Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 28 Fevral 2014 19:17 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Qazax yolunun 375-ci kilometrliyində, Şəmkir rayonu ərazisində sahibləri məlum olmayan "VAZ" və "QAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
FHN Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Bakıda ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Qazax yolunun 375-ci kilometrliyində, Şəmkir rayonu ərazisində sahibləri məlum olmayan "VAZ" və "QAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində xəsarət almış bir sərnişin və iki meyit vətəndaşlar tərəfindən, deformasiyaya uğramış "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmiş sərnişin və bir meyit yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti