...

Bakıda mərc oyunları məntəqəsindən 3700 manat pul oğurlanıb

Hadisə Materials 1 Aprel 2014 12:34 (UTC +04:00)
Bakıda “Topaz” mərc oyunları məntəqəsindən 3700 manat pul oğurlamış şəxs tutulub.
Bakıda mərc oyunları məntəqəsindən 3700 manat pul oğurlanıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda "Topaz" mərc oyunları məntəqəsindən 3700 manat pul oğurlamış şəxs tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Bakının Suraxanı rayonunda, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş Elxan İskəndərova məxsus "Topaz" mərc oyunları məntəqəsindən qapının qıfılının sındırılması yolu ilə 3700 manat pul oğurlanıb. İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Çingiz İmanov adlı şəxs olduğu müəyyən edilərək yaxalanıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti