...

Abşeronda şirvanlı qadından heroin və tiryək götürülüb

Hadisə Materials 1 Aprel 2014 13:07 (UTC +04:00)
Abşeronda Şirvan şəhər sakinindən narkotik vasitələr götürülüb.
Abşeronda şirvanlı qadından heroin və tiryək götürülüb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Abşeronda Şirvan şəhər sakinindən narkotik vasitələr götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 31-də Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Aygün Qədirovadan 0,224 qram narkotik vasitə olan heroin götürülüb.

Onun evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 12,7 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti