...

Gəncədə bir gecədə dörd nəfər bıçaqlanıb

Hadisə Materials 2 Aprel 2014 09:24 (UTC +04:00)
Bu gecə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına üzərində kəsilmiş deşilmiş yara olan 4 xəstə daxil olub. Onlardan biri qadın, üçü isə kişidir.
Gəncədə bir gecədə dörd nəfər bıçaqlanıb

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bu gecə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına üzərində kəsilmiş deşilmiş yara olan 4 xəstə daxil olub. Onlardan biri qadın, üçü isə kişidir.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hər dörd xəstə şəhərin müxtəlif ərazilərində şəxsi münasibətlər zəminində bıçalanıb.

İlk yaralı şəhər sakini 38 yaşlı Anjela Xəlilova olub. Bir bıçaq zərbəsi alan qadın ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Kəsici alətlə xəsarət alan digər bir nəfər isə Gəncə sakini 25 yaşlı Tahir Əliyevdir. Dərhal əməliyyat olunan yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.

Bıçaq zərbəsinə tuş gələnlər sırasında şəhər sakini 57 yaşlı İsmayıl Məmmədov da var. Ağır dərəcəli sərxoş olan yaralının vəziyyəti kafi qiymətləndirilir.

Günün sonuncu bıçaqlanma hadisəsi isə Gülüstan qəsəbəsində qeydə alınıb. Kəlbəcər sakini 18 yaşlı Səxavət Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal əməliyyat olunub. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisələrin hər biri ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti