...

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib

Hadisə Materials 2 Aprel 2014 12:43 (UTC +04:00)
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Binəqədi rayonunda Biləcəri qəsəbəsi sakini 27 yaşlı Mobil Abdullayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin münaqişə zəminində Tovuz rayon sakini Elsevər Məmmədov tərəfindən törədildiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti