...

Lənkəranda kafedə əxlaqsızlıq yuvası aşkar edilib

Hadisə Materials 3 Aprel 2014 12:34 (UTC +04:00)
Lənkəran rayon sakininin kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Lənkəranda kafedə əxlaqsızlıq yuvası aşkar edilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Lənkəran rayon sakininin kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şovu kənd sakini Məmməd Dadaşov saxlanılıb.

Onun gəlir əldə etmək məqsədi ilə kənd ərazisindəki kafedə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti