...

Çili sahillərində növbəti dəfə zəlzələ baş verib

Hadisə Materials 3 Aprel 2014 15:52 (UTC +04:00)
Çili sahillərində 5,6 bal gücündə növbəti zəlzələ baş verib, sunami təhlükəsi yoxdur.
Çili sahillərində növbəti dəfə zəlzələ baş verib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Çili sahillərində 5,6 bal gücündə növbəti zəlzələ baş verib, sunami təhlükəsi yoxdur. Trend-in məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) xəbər yayıb.

Təkanlar yerli vaxtla saat 04:23-də qeydə alınıb. Zəlzələnin episentri İkike şəhərindən 69 kilometr cənub-qərbdə, zəlzələnin ocağı isə 15 kilometrə yaxın dərinlikdə yerləşib.

Dağıntı və tələfat haqqında məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, çərşənbə axşamı 8,2, dünən isə 7,6 bal gücündə baş vermiş zəlzələlərdən sonra regionda seysmik aktivlik yüksək olaraq qalır. Hər iki zəlzələ sunamiyə səbəb olub. Təbii fəlakətin ilk zərbəsinin qurbanlarının sayı 6 nəfər olub, 2 qız itkin düşmüş hesab edilir. Peruda isə 10 nəfər yaralanıb. İkinci zəlzələdən sonra dağıntı və tələfat haqqında məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti