...

DİN Gürcüstandan Türkmənistana gedən yük qatarında baş vermiş yanğınla bağlı məlumat yayıb

Hadisə Materials 4 Aprel 2014 13:43 (UTC +04:00)
Hacıqabul Dəmiryolu Stansiyasında yük qatarının tərkibindəki yükü məişət soyuducuları olan 4 vaqonda yanğın baş verib.
DİN Gürcüstandan Türkmənistana gedən yük qatarında baş vermiş yanğınla bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Hacıqabul Dəmiryolu Stansiyasında yük qatarının tərkibindəki yükü məişət soyuducuları olan 4 vaqonda yanğın baş verib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, aprelin 3-də saat 04 radələrində Hacıqabul Dəmiryolu Stansiyasının ərazisində Gürcüstandan Türkmənistana gedən yük qatarının tərkibindəki yükü məişət soyuducuları olan 4 vaqonda yanğın baş verib.

Nəticədə vaqonların və içərisində olan yükün yanar konstruksiyaları yanıb. Yanğın saat 07 radələrində söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti