...

Bakıda cəzaçəkmə müəssisəsinə gələn vəkilin telefonu alınıb (FOTO)

Hadisə Materials 4 Aprel 2014 17:29 (UTC +04:00)
Bakıda cəzaçəkmə müəssisəsinə məhkumla görüşə gəlmiş vəkilin mobil telefonu götürülüb.
Bakıda cəzaçəkmə müəssisəsinə gələn vəkilin telefonu alınıb (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda cəzaçəkmə müəssisəsinə məhkumla görüşə gəlmiş vəkilin mobil telefonu götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nadir Nəriman oğlu Səlifovla görüşə gəlmiş vəkili Kamandar Rəfi oğlu Nəsibovun üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarının içəri hissəsində gizlədilmiş, daxilində "Azercell" danışıq kartı olan bir ədəd "Huawei" markalı modem aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, N.Səlifov Cinayət Məcəlləsinin 182.3.1; 182.3.2; 29.149.2.1; 29.149.2.4; 29.149.2.5; 317-2.1 və 67-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti