...

Sumqayıtdakı yol qəzasında avtobusun sürücüsü ölüb, 20 sərnişin xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Aprel 2014 20:02 (UTC +04:00)
Bu gün Sumqayıtda ağır yol qəzası baş verib.
Sumqayıtdakı yol qəzasında avtobusun sürücüsü ölüb, 20 sərnişin xəsarət alıb (ƏLAVƏ OLUNUB)

FHN-in məlumatı əlavə olunub (ilk xəbər saat 18:04-də yayılıb)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir i.İzzət/

Bu gün Sumqayıtda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, Sumqayıt Texnologiyalar parkının qarşısında "Shacman" markalı yük maşını 3 saylı sərnişin avtobusu ilə toqquşub.

İlkin məlumatlara görə, bir nəfər ölüb.

Hadisə şahidləri Trend-ə isə bildiriblər ki, qəza nəticəsində 10-a yaxın sərnişin yaralanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Quba yolunun 40-cı kilometrliyində "İsuzu" markalı sərnişin avtobusu ilə "Ford" markalı yük avtomobili toqquşub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "İsuzu" markalı avtobusun təxminən 20 nəfər sərnişini xilasedicilər çatana kimi yaralı vəziyyətdə xəstəxanaya aparılıb və sürücü Vaqif Azad oğlu Behbudov isə hadisə yerində vəfat edib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti