...

Qaradağda tank əleyhinə mərmilər aşkar olunub

Hadisə Materials 8 Aprel 2014 21:46 (UTC +04:00)
Qaradağda tank əleyhinə mərmilər aşkar olunub.
Qaradağda tank əleyhinə mərmilər aşkar olunub

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Qaradağda tank əleyhinə mərmilər aşkar olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda silah sursat aşkar olunub.

Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qeyd olunan ərazidə qazıntı işləri aparılarkən partlamamış döyüş sursatı aşkar olunub.

Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın 2 ədəd istifadə üçün yararlı 100 mm-lik tank əleyhinə mərmi olduğu müəyyən olunub. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən saat 21:12-də zərərsizləşdirilmək üçün poliqona aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti