...

Şirvanda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 9 Aprel 2014 01:58 (UTC +04:00)
Şirvanda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.
Şirvanda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Şirvanda mənzildə azyaşlı uşaq köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şirvan şəhərində 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə bayır tərəfdən açaraq, içəri daxil olublar.

Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti