...

Bakı polisi avtobuslarda cibgirliklə məşğul olan şəxsi saxlayıb

Hadisə Materials 9 Aprel 2014 11:00 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN BCAİ və Binəqədi RPİ CAŞ məkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Məmmədovdan 0,182 qram heroin götürülüb.
Bakı polisi avtobuslarda cibgirliklə məşğul olan şəxsi saxlayıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bakı polisi avtobuslarda cibgirliklə məşğul olan şəxsi saxlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN BCAİ və Binəqədi RPİ CAŞ məkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Məmmədovdan 0,182 qram heroin götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, o, ötən il mayın 24-də 61 aylı xətt avtobusunda Aygün Nəbiyevanın çantasından içərisində 550 manat, şəxsiyyət vəsiqəsi, bankomat və sığorta kartı olan pul kisəsini, oktyabrın 10-da 26 saylı xətt avtobusunda Lalə Cavadovanın çantasından içərisində 320 manat olan pul kisəsini və bu il martın 7-də 10 saylı xətt avtobusunda Elmir Əliyevin cibindən mobil telefonu naməlum şəraitdə oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti