...

Bakıda tanınmış prodüsserə qarşı soyğunçuluq edən şəxs tutulub

Hadisə Materials 11 Aprel 2014 10:33 (UTC +04:00)
Prodüsser Sayqa Məmmədovaya (Sayqa Cahid) hücum edən şəxs tutulub.
Bakıda tanınmış prodüsserə qarşı soyğunçuluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Prodüsser Sayqa Məmmədovaya (Sayqa Cahid) hücum edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 10-da M.Rüstəmov küçəsində naməlum şəxs vətəndaş Sayqa Məmmədovanın üz nahiyəsinə gözyaşardıcı qaz vuraraq, əlindən içərisində geyim əşyaları olan çantanı alıb qaçıb.

DİN Çevik Polis Alayı və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məmmədhüseyn Əliyev tutulub.

Qeyd edək ki, Sayqa Məmmədova (Sayqa Cahid) prodüsser kimi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti