...

Bakıda kafedə və mağazada yanğın baş verib

Hadisə Materials 12 Aprel 2014 11:04 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan kafenin yanar konstruksiyaları və əşyaları 100 kv.m sahədə yanıb.
Bakıda kafedə və mağazada yanğın baş verib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bakıda kafedə və mağazada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan kafenin yanar konstruksiyaları və əşyaları 100 kv.m sahədə yanıb.

Kafesin qalan hissəsi və 2 ədəd qaz balonu yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Binəqədi rayonunda qeydə alınıb. Rayonda yerləşən mağazada vətəndaşa məxsus gücü 345 kVt olan işiq generatorun yanar hissələri yanıb.

Bitişik transformator yanğından mühafizə olunub. Yanğın saat 08:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti