...

Bakıda özünü eyvandan atmaq istəyən şəxsin intihar cəhdinin qarşısı alınıb

Hadisə Materials 16 Aprel 2014 10:15 (UTC +04:00)
Bakıda özünü mənzilinin eyvandan atmaq istəyən şəxsin intihar cəhdinin qarşısı alınıb.
Bakıda özünü eyvandan atmaq istəyən şəxsin intihar cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda özünü mənzilinin eyvandan atmaq istəyən şəxsin intihar cəhdinin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda bir nəfərin mənzilin eyvanından intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər zərərçəkmişlə müvafiq söhbətlər aparıb və əlverişli şəraitdən istifadə edərək, təhlükəsizlik qaydalarına riayət etməklə mənzilin eyvanının pəncərəsindən içəri daxil olub və intihara cəhdin qarşısını almağa müvəffəq olublar. Əməliyyat saat 00:34-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti