...

Bakıda vətəndaşlar quldurluq edən şəxsi tutaraq polisə təhvil veriblər

Hadisə Materials 16 Aprel 2014 12:34 (UTC +04:00)
Bakıda vətəndaşlar quldurluq hadisəsi törətmiş şəxslərdən birini tutaraq polisə təhvil veriblər.
Bakıda vətəndaşlar quldurluq edən şəxsi tutaraq polisə təhvil veriblər

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda vətəndaşlar quldurluq hadisəsi törətmiş şəxslərdən birini tutaraq polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Yasamal rayonunda Z.Adıgözəlov küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər 26 yaşlı şəhər sakini Aydın Salayevi bıçaqla hədələyərək ondan pul verməsin tələb ediblər. Quldurlar pulu olmadığından A.Salayevin mobil telefonunu alıblar, daha sonra onun yaşadığı evin qarşısına gəliblər və telefonu qaytararaq pul gətirməsi üçün evə göndəriblər.

Lakin Aydın Salayevin öz qohumları hadisəni törədən quldurlardan birini tuta biliblər. Əvvəlcə Bakı sakini Rəsul Hüseynov tutularaq polisə təhvil verilib.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində quldurluq hadisənin digər iştirakçısının Bakı sakini Ağabala Əsgərov olduğu müəyyən edilib.

Faktla əlaqədar cinayət işi açılıb, A.Əsgərovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti