Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/
Bakıda avtomobil 45 yaşlı qadını vuraraq öldürüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-sı saat 21:40 radələrində, Xətai rayonu Zığ yolunda Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlü Orxan Cəfərli idarə etdiyi "Mercedes" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nazilə Fətullayevanı vurulub. Nəticədə piyada N.Fətullayeva aldığlı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.