...

Azərbaycan gömrükçüləri Rusiyadan qanunsuz gətirilən kosmetika və parfümeriya malları aşkar ediblər

Hadisə Materials 17 Aprel 2014 10:30 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun nəzarət zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan “Man Saetano” markalı sərnişin avtobusuna gömrük baxışı keçirilib.
Azərbaycan gömrükçüləri Rusiyadan qanunsuz gətirilən kosmetika və parfümeriya malları aşkar ediblər

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsi "Samur" gömrük postunun nəzarət zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan "Man Saetano" markalı sərnişin avtobusuna gömrük baxışı keçirilib.

Gömrük baxışı zamanı avtobusda sürücü Rüstəm Davudovun gömrük nəzarətinə təqdim etmədiyi müxtəlif çeşiddə 933 ədəd "MaryKay" markalı kosmetika malları və aksesuarları, eləcə də 12 ədəd "DanceToLife", "Elige", "Belara", "Trıbute" və "Velocıty" ətirləri aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti