...

Bakıda külli miqdarda pul oğurlamış kişi və qadın tutulub

Hadisə Materials 17 Aprel 2014 10:41 (UTC +04:00)
Bakıda 3 ay əvvəl mənzildən külli miqdarda pul oğurlamış 2 nəfər tutulub.
Bakıda külli miqdarda pul oğurlamış kişi və qadın tutulub

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda 3 ay əvvəl mənzildən külli miqdarda pul oğurlamış 2 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ramil Nəzərov və Ağdam rayon sakini Mələk Kazımova tutulublar.

Onlar yanvarın 27-si saat 22 radələrində paytaxtın Fətəliyev küçəsində yaşayan Rizvan Nəzərovun evindən açar seçmə yolu ilə 6000 manat və 3700 ABŞ dollar pul oğurlamaqda təqsirli bilinirlər.

Qeyd edək ki, Ramil Nəzərov əvvəllər məhkumluq həyatı yaşayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti