...

Sabirabadda yol qəzası nəticəsində ölən və yaralananlar var

Hadisə Materials 21 Aprel 2014 13:16 (UTC +04:00)
Sabirabad şəhərinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var.
Sabirabadda yol qəzası nəticəsində ölən və yaralananlar var

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İ.İzzət/

Sabirabad şəhərinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də saat 02 radələrində Sabirabad şəhərinin ərazisində şəhər sakini Talıb Hüseynovun idarə etdiyi "VAZ-2106" və Qəzli kənd sakini Hidayət Əhmədovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ-2106"ın sürücüsü T.Hüseynov hadisə yerində ölüb, H.Əhmədov və sərnişini, həmkəndlisi Eldəniz Mustafayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti