...

Azərbaycanda külli miqdarda oğurluqda şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 22 Aprel 2014 12:14 (UTC +04:00)
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov tutulub.
Azərbaycanda külli miqdarda oğurluqda şübhəli bilinən şəxs tutulub

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda külli miqdarda oğurluqda şübhəli bilinən şəxs tutulub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Şahin Kərimovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Quba RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqust ayının 8-də Sumqayıt şəhər sakini İlqar Seyidovla birgə Sima Quliyevanın evindən 300.000 manat dəyərində qızıl əşyalar və 100.000 manatını oğurlamaları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti