...

Bir sıra cinayətlər törətdiyinə görə axtarışda olan şəxs tutulub

Hadisə Materials 25 Aprel 2014 13:37 (UTC +04:00)
Bir sıra cinayətlər törətdiyinə görə axtarışda olan şəxs tutulub.
Bir sıra cinayətlər törətdiyinə görə axtarışda olan şəxs tutulub

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir E.Mehdiyev/

Bir sıra cinayətlər törətdiyinə görə axtarışda olan şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi, Goranboy RPŞ, Samux RPŞ və Səbail Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Əli Mirzəyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Nurəddin Abbasova məxsus "VAZ-2107" markalı avtomobil qaçırması, habelə Goranboy rayon sakini Şahmar Vəliyev, Bakı şəhər sakinləri Ruslan Nuriyev və Samux rayon sakini Gözəl Mahmudova ilə birgə Sərvan Nəsibova məxsus mağazadan qapını sındırmaq yolu ilə 350 manat, 7 ədəd noutbuk, 19 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti