...

Bakıda yaşayış binası yandı, ölən var

Hadisə Materials 26 Aprel 2014 11:41 (UTC +04:00)
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bakıda yaşayış binası yandı, ölən var

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda yaşayış binasında yanğın baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 mənzildən ibarət yaşayış binasında (arakəsmə və tavanı taxta konstruksiyalardan ibarət) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1989-cu il təvəllüdlü Soltanov Sadiq Arazxan oğlunun cəsədi aşkar olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti