...

Araz çayı 15 yaşlı yeniyetmənin canını aldı

Hadisə Materials 27 Aprel 2014 17:29 (UTC +04:00)
Araz çayının Beyləqan rayonu ərazisindən keçən hissəsində (“Aran” sularda xilasetmə məntəqəsindən, təxminən, 200-210 km məsafədə, nəzarət olunmayan ərazidə) 1999-cu il təvəllüdlü İbrahim Fərhad oğlu Ağayev batıb.
Araz çayı 15 yaşlı yeniyetmənin canını aldı

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Araz çayının Beyləqan rayonu ərazisindən keçən hissəsində ("Aran" sularda xilasetmə məntəqəsindən, təxminən, 200-210 km məsafədə, nəzarət olunmayan ərazidə) 1999-cu il təvəllüdlü İbrahim Fərhad oğlu Ağayev batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhaln azirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb.

İ.Ağayevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:15-də başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti