...

DİN baş redaktorun yanaraq ölməsi ilə bağlı məlumat yaydı

Hadisə Materials 28 Aprel 2014 12:55 (UTC +04:00)
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
DİN baş redaktorun yanaraq ölməsi ilə bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi baş redaktorun yanaraq ölməsi barədə məlumat yayıb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib.

Nəticədə 70 kvm. sahədə yanar konstrukiyalar və əşyalar yanmış, orada müvəqqəti yaşayan "Mizan Tərəzi" qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti