...

Qumbara alışdırıcısının partlaması nəticəsində Göyçay sakinin iki barmağı amputasiya edilib

Hadisə Materials 28 Aprel 2014 13:15 (UTC +04:00)
Göyçay RPŞ əməkdaşları tərəfindən onun evinə baxış zamanı 1 ədəd qumbara da aşkar edilərək götürülüb.
Qumbara alışdırıcısının partlaması nəticəsində Göyçay sakinin iki barmağı amputasiya edilib

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İzzət/

Göyçayda qumbara alışdırıcısı partlayıb, xəsarət alan var.

Trend-in Daxili İşlər Nazirliyinin saytınba istinadən verdiyi məlumata görə, Göyçay şəhərində yaşayan Ramil Qasımovun ehtiyatsızlığı nəticəsində əlində qumbara alışdırıcısı partlayıb.

Nəticədə R.Qasımovun sol əlinin 2 barmağı amputasiya edilib.

Göyçay RPŞ əməkdaşları tərəfindən onun evinə baxış zamanı 1 ədəd qumbara da aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti