...

Suriyanın Hums şəhərində partlayış və raket zərbəsi 45 nəfərin həyatına son qoyub

Hadisə Materials 29 Aprel 2014 17:41 (UTC +04:00)
Bu gün Suriyanın Hums şəhərində baş vermiş partlayış və ardınca endirilən raket zərbəsi nəticəsində 45 nəfər həlak olub.
Suriyanın Hums şəhərində partlayış və raket zərbəsi 45 nəfərin həyatına son qoyub

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Bu gün Suriyanın Hums şəhərində baş vermiş partlayış və ardınca endirilən raket zərbəsi nəticəsində 45 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə "Frans-Press" agentliyi vilayətin qubernatoru Təlal əl-Bəraziyə istinadən xəbər verir.

Qubernatorun verdiyi məlumata görə, Humsun mərkəzində minalanmış avtomobil partlayıb. 36 nəfər bu terror aktının qurbanı olub.

Daha sonra naməlum şəxslər bu rayonu raket atəşinə tutublar. Nəticədə daha 9 vətəndaş həlak olub, təxminən 85 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti