...

Şəmkir sakinin avto qəza zamanı dili kəsilib

Hadisə Materials 29 Aprel 2014 23:18 (UTC +04:00)
Hadisə rayonun Könüllü kəndi ərazisində baş verib.
Şəmkir sakinin avto qəza zamanı dili kəsilib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Hadisə rayonun Könüllü kəndi ərazisində baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, kənd sakini 53 yaşlı Teyyub Məmmədov QAZ 3110 markalı avtomobili ilə hərəkətdə olarkən idarə etməni itirib və fərdi yaşayış evinə çırpılıb. Zərbənin gücündən Teyyub Məmmədovun dili kəsilib. Yaralı Şəmkir rayon xəstəxanasına yerləşdirilsədə onun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib.

Reanimasiya şöbəsinə yerləşdirilən Teyyub Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti